Camal Qaşıqçının konsulluğun harasında öldürüldüyü təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Əl-Cəzirə kanalı çıxış edib.
Kanal məlumatı ötürən türk rəsmilərinin adını hallandırmadan qeyd edir ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun harasında öldürüldüyü müəyyən edilib.
Kanala görə, jurnalist konsulluq binasına daxil olduqdan sonra bir neçə nəfərin hücumuna məruz qalıb və ardınca öldürülüb.