Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Səudiyyə Ərəbistanının İstanbudakı konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı olayı ətrafında müzakirə aparıblar. İki ölkənin lideri Camal Qaşıqçı ilə bağlı istintaqın işbirliyi çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla kral arasında 5 gün öncə telefon zəngi olmuşdu.