22 Avqust 2014 16:07
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Ebola qorxusu yaranıb.

Teleqraf.com-un anspress-ə istinadən məlumatına görə, Ermənistanın müvafiq qurumlarının araşdırmaları zamanı məlum olub ki, 2011-ci ildə ölkəyə 2 “Bonobo” meymunu gətirilib. Lakin meymunlar elə həmin il ölüblər.

Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib ki, Ermənistanda Ebola təhlükəsi yoxdur. Lakin ehtimal olunur ki, ölkəyə gətirilən və həmin ili də ölən “Bonobo” meymunlarında Ebola virusu olub.

Hazırda Ermənistanda “Bonobo” meymunlarının ölkəyə gətirilməsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, dünyada Ebola virusundan 2000 minə yaxın insan ölüb. İlk olaraq 1976-cı ildə Konqoda görünən və adı Afrikadakı bir göldən götürülən Ebola virusu ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.

Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asanlıqla keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.


Müəllif:

Oxşar xəbərlər