22 Oktyabr 2018 16:08
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın nüvə anlaşmasından çıxmağı planlaşdıran ABŞ-dan izahat gözlədiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, ABŞ soyuq müharibə dövründə imzalanan nüvə razılaşmasından çıxa biləcəyini ifadə edib.

Rusiya məsələyə ciddi yanaşmağa başlayıb. Kreml gələn həftə Rusiyaya səfər edən prezident Trampın nümayəndəsi Boltonla nüvə anlaşmasının müzakirəsini aparacaq.

Rusiya Vaşinqtonun razılaşmadan çıxacağı təqdirdə nüvə imkanlarını genişləndirmək üçün ciddi addımlar atacağını bildirir.

Bununla belə, ABŞ tərəfi nüvə razılaşmasından çıxmaq üçün hər hansı rəsmi prosedura başlamayıb.

Kreml hesab edir ki, ABŞ anlaşmadan çıxacağı təqdirdə dünya təhlükə mərhələsinə daxil olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər