Ermənistan parlamenti baş nazirliyə namizədləri nəzərdən keçirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, hələlik parlamentdə namizədi olan yeganə fraksiya “Yelk”dir.
Lakin fraksiya dünən Nikol Paşinyanın namizədliyini irəli sürdüyünü açıqlasa da, “Yelk” rəhbəri Lena Nazaryan bu gün onun namizədliyindən imtina edəcəklərini açıqlayıb:
“Namizədlərin seçilməsi və təsdiq edilməsi rəsmi prosedur qaydasıdır. Lakin bu dəfə namizəd kimi Nikol Paşinyanı seçməyəcəyik. Atdığımız bu addımda əsas məqsəd qanunvericiliyi qorumaq və mübahisələrə son qoymaqdır”.
Mətbuat konfransı keçirən Nikol Paşinyan da seçkilərdə namizəd imi iştirak edəcəyini açıqlayıb və “Yelk” fraksiyasından onun namizədliyinin irəli sürməməsini istədiyini bildirib.
Paşinyan qeyd edib ki, dekabr ayında keçiriləcək erkən seçkilərdə əsas məqsəd bu ilin aprel-may aylarında başlayan inqilabı sona çatdırmaqdır.
Xatırladaq ki, dekabrda Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Yeni parlament qurulduqdan sonra ölkənin yeni baş nazirinin kimliyi də məlum olacaq.
Yeni baş nazir parlamentdə seçiləcək.