Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının Moskva vilayətindəki özəyinin 6 üzvünü zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Həmin şəxslərin Moskvada terror aktları törətməyi planlaşdırdığı məlum olub. Onlardan avtomat silahlar, bomba düzəldilməsi və terror aktının həyata keçirilməsi üçün təlimatlar, pul aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin Orta Asiya respublikalarının vətəndaşları olduğu bildirilir.