Güney Azərbaycandan olan milli-mədəni fəal Nəsim Sadiqi Təbriz həbsxanasından azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, xanım fəal 10 gün saxlandıqdan sonra şəxsiyyət vəsiqəsini girov qoymaqla azad edilib.
Nəsim Sadiqi ötən günlərdə müvəqqəti azadlığa buraxılmalı idi, lakin İran təhlükəsizlik orqanları bunu təxirə salıb.
O, oktyabrın 21-də Təbrizdə saxlanılıb. Azərbaycanlı fəal oktyabrın 30-da oğlu Peyman Əmanətlə qısa telefon əlaqəsi saxlayaraq təcridxanada işgəncəyə məruz qaldığını bildirmişdi.
Nəsim Sadiqi ağır vəziyyətdə və işgəncə altında saxlanılmasına etiraz olaraq ETTELAAT-ın təcridxanasında 3 gün aclıq aksiyası keçirmiş, işgəncənin dayandırılmasına və təkadamlıq kameradan çıxarılana qədər aksiyaya davam edəcəyini açıqlamışdı.
Fəal Təbriz həbsxanasına köçürüldükdən sonra aksiyanı dayandırmışdı.