Qazaxıstanda yaşayan Şərqi Türküstandan (Çin) olan qazax uşaqları düşərgələrdə valideynlərindən uzaq qalmağın əzabını yaşayırlar.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanda yaşayan türküstanlı uşaqlar uzun müddətdir valideynlərindən xəbər ala bilmirlər.
Bir çox uşaq ana və atalarını düşərgələrdə olduqları üçün görə bilmir. Şərqi türküstanlı qazaxların əksəriyyətinin ailələri dağılmış vəziyyətdədir.
2017-ci ilin əvvəllərində Qazaxıstana gələn Şərqi Türküstandan olan qazaxlar Çinin toplama düşərgələri qurmasından sonra ölkələrinə geri qayıda bilmirlər.
Qazaxıstanın paytaxtı Almatıda keçirilən konfransda şərqi türküstanlı uşaqların problemləri dilə gətirilib. Konfransada 500 uşağın öz valideynlərindən xəbər ala bilmədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki,Çin hökuməti Şərqi Türküstandan olan türk ailələrindən uşaqlarını zorla alaraq, düşərgələrdə yerləşdirir. Hökumət bununla bağlı proqramın icrasına 2014-cü ildən başlayıb.
BMT və Beynəlxalq Əfv Təşkilatının müvafiq sənədlərin və xəbərdarlıqlarına baxmayaraq, Pekin geri addım atmaq fikrində deyil.