5 Noyabr 2018 15:49
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı aparılan istintaqın obyektivliyi əks etdirmədiyini iddia edən Türkiyə Qətərlə birlikdə Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərini pozmağa cəhd edir.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Ron Dermer deyib.

Yəhudi diplomat hesab edir ki, Türkiyə və Qətər Vaşinqton-Ər-Riyad münasibətlərini pozmaq üçün təzyiq edir.

Ron Dermer Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilməsindən təzyiq vasitəsi kimi istifadə edildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər