5 Noyabr 2018 22:40
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Meksika sərhədində divarın tikintisinə gələn ilin fevralında başlanacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosunun noyabrın 5-də yaydığı məlumata görə, Texas ştatında ABŞ ilə Meksika sərhədi boyunca divarın tikintisi üçün “SLS Co.Ltd” tikinti şirkəti ilə 145 milyon dollar məbləğində müqavilə imzalanıb.

Gömrük və Sərhəd Nəzarəti Bürosu, ABŞ Ordusunun Mühəndis Korpusu və tikinti şirkətinin imzaladıqları birgə müqavilədə deyilir ki, İdalqo dairəsində Rio-Qrande vadisinin altı millik sektorunda hasarlama sistemi tətbiq ediləcək. Tikintiyə 2019-cu ilin fevralında başlamaq nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər