Ukraynada antiterror əməliyyatı qüvvələri sutka ərzində terrorçularla 27 dəfə döyüşə giriblər.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Antiterror Əməliyyatı Mərkəzinin sözçüsü Andrey Lısenko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, döyüşlər əsasən, Saur-Moqil rayonunda, Petrovsk, Verqunskiy, Blaqodatnoe, Marinka, Velelaya Tarasovka, Çerevkovka, Kuteynikovo, Avdeevka və başqa yaşayış məntəqələrində baş verib.
Nihad