8 Noyabr 2018 17:52
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı İsrail şirkəti NSO Groupa aid casus proqramı vasitəsilə izlənilib.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) sabiq sistem analitiki Edvard Snovden çıxış edib.

Hazırda Rusiyada yaşadığı ünvan məxfi saxlanılan Snovder Təl-Əvivdə keçirilən konfransa internet üzərindən bağlanaraq dünyadakı casus yazışmalarına dair şərhlər verib.

NSA analitiki qeyd edib ki, İsrailin NSO Group şirkəti kimi bəzi firmaların hökumətlərə satdıqları casus proqramlarından müxalifət düşüncəli şəxslərin izlənilməsi məqsədilə istifadə edilir.

Camal Qaşıqcıdan danışan sistem analitiki deyib ki, Səudiyyə hakimiyyəti Qaşıqçının konsulluğa müraciət etdiyini bilirdi. Bəs jurnalistin niyyəti və planları haqqında informasiyaya malik idilərmi?

Analitik bildirib ki, Qaşıqçının Kanadada sürgün həyatı yaşayan dostunun telefonuna NGO şirkətinə aid Pegasus adlı casus proqramı yüklənib. Dostunun telefonuna yüklənən bu proqram sayəsində Səudiyyə tərəfi Qaşıqçı haqqında informasiya toplayıb. Həqiqət budur ki, Səudiyyə İsrail şirkəti tərəfindən yazılan bir proqram sayəsində Qaşıqçının bir neçə dostunu izləyə bilib.

Qeyd edək ki, Kanadada fəaliyyət göstərən “The Citzen Lab” adlı araşdırma qrupu Qaşıqçı cinayətindən bir gün əvvəl yaydığı hesabatda Kanadada yaşayan və Səudiyyə Ərəbistanı hakimiyyətinə müxalifətdə olan siyasi fəal Ömər Əbdüləzizin telefonuna ötən ilin yazında Pegasus casus proqramı yüklədiyini müəyyən edib.

Xatırladaq ki, Ömər Əbdüləziz Camal Qaşıqçının dostu olub.

Mobil telefonların sərhədsiz müşahidə altında tutulmasına imkan verən Pegasus proqramı “dünyanın ən güclü mobil casus yazılı müşahidə” proqramı kimi göstərilir.

Xatırladaq ki, NSA məxfi proqramlarını 2013-cü ildə mətbuata sızdıran Edvard Snovder bununla kiber casusluq qalmaqalına səbəb olub. O, ABŞ kəşfiyyatının dünyada milyonlarla insanı internet və telefon qeydlərini izlədiyini bildirib.

ABŞ-da ədalətli mühakimə edilməyəcəyini inanmadığı üçün Amerikanı tərk edərək Rusiyadan siyasi sığınacaq alıb. Rusiya ABŞ-ın ən güclü sistem analitikinə 2020-ci ilə qədər oturum icazəsi verib.


Müəllif: Cavad

Oxşar xəbərlər