11 Noyabr 2018 22:56
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Problemləri araşdırmaq, konkret tədbirlər görmək üçün ciddi araşdırma aparılmalıdır. İndi qarşılaşdığımız durumu dramatik etmək üçün heç bir səbəb görmürəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Avstriya Prezidenti Aleksandr Van der Bellen ölkəsinin Ö1 radiosuna Rusiya üçün casusluq edən avstriyalı polkovnik haqqında danışarkən deyib.

Prezident əlavə edib ki, bu mövzunu Parisə gələcək Rusiya Prezidenti Putinlə müzakirə etmək niyyətində deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Avstriya Müdafiə Nazirliyində uzun illər işləyən polkovnikin Rusiya kəşfiyyatının casusu olduğu müəyyən edilib. Polkovnik həbsdən sonra casus olduğunu etiraf edib.


Müəllif: Cavad

Oxşar xəbərlər