14 Noyabr 2018 17:45
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul çevriliş cəhdi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmaris bölgəsində qaldığı otelə hücum edən hərbçiləri zərərsizləşdirən Bornova komandos dəstəsinin jandarma xüsusi təyinatlıları Qara dəniz bölgəsindəki əməliyyatlar zamanı PKK terrorçularına qarşı böyük uğur əldə edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Aparılan terror əməliyyatları nəticəsində PKK-nın 22 nəfərlik qondarma Qara dəniz qrupu tamamilə zərərsizləşdirilib. Qrupda olan 15 terrorçu əməliyyatlar çərçivəsində öldürülüb, 3-ü təslim olub, 4-ü isə yaralı olaraq ələ keçirilib. Bu qrupun kabusuna çevrilən jandarma xüsusi təyinatlıları əməliyyatlarda böyük şücaət göstərməsi ilə seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər