15 Noyabr 2018 21:09
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

"Qara siyahı"da Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçilərinin adları var.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.


Müəllif: Teleqraf.com