Səudiyyə Ərəbistanının Camal Qaşıqçı haqqında hazırladığı iddia sənədi Ankarada vəliəhd şahzadə Məhəmməd bin Salmanın bu cinayətdə əlinin olmadığını göstərməyə cəhd kimi qəbul olunur.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin məşhur köşə yazarı Əbdülqadir Səlvi yazıb.
Əbdülqadir Səlvinin fikrincə, Səudiyyə hökuməti bilmir ki, Türkiyənin əlində cinayət zamanı təsbit edilən bir yox, iki səs yazısı var. Birinci səs yazısının 7 dəqiqə olduğu deyilir. İkinci səs yazısının 15 dəqiqə olduğu və onu diqqətlə dinlədikdə cinayətin öncədən planlaşdırıldığı anlaşılır.
İkinci səs yazısı cinayətdən öncəyə aiddir. Səudiyyədən gələn 15 nəfərlik ölüm qrupu konsulluq binasında yerini əvvəldən tutub. Camal Qaşıqçı isə konsulluğa oktyabrın 2-si, saat 13:17-də daxil olub.
Səudiyyənin ölüm qrupu Qaşıqçı konsulluğa girməzdən 15 dəqiqə əvvəl, onun öldürülməsinin necə həyata keçriləcəyini müzakirə edib. İkinci səs yazısında qrupun əvvəlcədən hazırlanan öldürülmə planı gözdən keçirilir və hər kəsin vəzifəsi bir daha qeyd olunur.
Köşə yazarı qeyd edir ki, daha bir dəlil jurnalistin öldürülməsindən sonrakı durumla bağlıdır. Onun iddiasına görə, 15 nəfərlik ölüm qrupunun Camal Qaşıqçını öldürdükdən sonra əlaqəyə çıxdıqları beynəlxalq danışıqların qeydləri də Türkiyənin əlindədir.