25 Avqust 2014 12:12
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Suriyada hərbi aeroportu ələ keçirib.

Terrorçular Suriyanın Rakka vilayətində yerləşən Tabka hərbi hava limanını tam nəzarətə götürüblər. Hava limanı uğrunda bir neçə gün davam edən döyüşlərdə Suriya ordusu 152 hərbçisini itirib.

İŞİD daha 250 hərbçini əsir alıb, onlardan dörd nəfəri yüksək rütbəli zabitlərdir. İŞİD-in hücumlarına davam gətirməyən Suriya hərbçilərinin əksəriyyəti hava limanını tərk etməli olub. Terrorçular hava limanında çoxlu sayda silah-sursat və bir neçə hərbi təyyarəni ələ keçiriblər. Suriya rəsmi mənbələri də Tabka hava limanının İŞİD-in nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Qeyd edək ki, bu hava limanı Əsəd rejiminin ölkənin şimalındakı son hərbi obyekti idi. İŞİD terrorçuları avqustun əvvəllərində Rakka vilayətində 93-cü piyada diviziyasının bazasını da ələ keçirmişdi.

/APA/


Müəllif:

Oxşar xəbərlər