17 Noyabr 2018 10:46
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federal Konstitusiyanı Mühafizə Agentliyinin sədr müavini vəzifəsinə türk əsilli Sinan Selen gətirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Fokus” dərgisi xəbər yayıb.

Almaniya Federal Konstitusiyanı Mühafizə Agentliyi əsasən ölkə daxilində kəşfiyyat sahəsi ilə məşğul olur.

Sinan Selenin bu təşkilatın rəhbər müavini postuna gətirilməsi ilə ilk dəfə Almaniyada köçkün olan şəxs hüquq-mühafizə sistemində önəmli vəzifə almış olacaq.

Qeyd edək ki, Köln universitetində hüquq fakültəsini bitirən Sinan 2000-ci ildə alman hüquq-mühafizə orqanlarında çalışmağa başlayıb. 2006-cı ildə qatara hücum planı hazırlayan radikal islamçı terrorçulara qarşı araşdırma aparan qrupa rəhbərlik edib.

Sonradan Daxili İşlər Nazirliyinin terrorla mübarizə idarəsinə rəhbərlik edib.

Beynəlxalq terrorla mübarizə mövzusunda Almaniyada ciddi mütəxəssislərdən biri olan Sinan Selen 2016-cı ildə Almaniya DİN-dən ayrılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər