Əfqanıstanın Vardak əyalətində evə raket düşməsi nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Telerqraf.com xəbər verir ki, bu barədə “Pajvak” agentliyi məlumat yayıb.
Məlumata görə, həmin gün evdə toy axşamı imiş.
Daha bir insident Lohar əyalətində baş verib. İki məmurun olduğu avtomobil minaya düşüb. Nəticədə onların hər ikisi həlak olub.