19 Noyabr 2018 12:33
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məlumatı olmadan qətlə yetirildiyinə inanmıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Karolina ştatının senatoru Lindsi Grem deyib.

O bildirib ki, əgər Səudiyyə Ərəbistanının siması və səsi Məhəmməd bin Salman olacaqsa, krallıq beynəlxalq aləmdə çox ağır dövrə qədəm qoyacaq:

“Səudiyyə önəmli müttəfiqdir. Ancaq vəliəhd şahzadəyə gəlincə, o, irrasional, çərçivəsiz biridir və ABŞ-Səudiyyə münasibətlərinə zərər verdiyini düşünürəm. Onunla əsla işləmək niyyətim yoxdur”.

Arizona ştatının demokrat senatoru Jeff Fleyk isə ABŞ Prezidenti Trampın Səudiyyə Ərəbistanının “əhəmiyyətli müttəfiq” olaraq qiymətləndirməsini tənqid edib:

“ABŞ Qaşıqçının öldürülməsi əmrini Məhəmməd bin Salmanın verdiyini qəbul etmək məcburiyyətində qalacaq”.

Kaliforniya ştatının demokrat təmsilçisi Adam Şifftin açıqlaması da senator Gremin fikirlərilə üst-üstə düşüb. O deyib ki, jurnalist və müxalifətçinin öldürülməsi vəliəhd şahzadənin informasiyası olmadan törədilən cinayət deyil.

“Düşmənimin düşməni dostumdur” prinsipini xatırladan senator bildirib ki, İran Amerikanın düşmənidir: “Səudiyyə Ərəbistanı İrana qarşı durmaq məsələsində bizim üçün önəmlidir. Amma bu, Səudiyyə Ərəbistanını bizə dost etməz. Dostlarımız jurnalist öldürməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər