Güney Azərbaycandan olan 5 bəhai təriqətinin üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Təbrizdə İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılan şəxslərin harada saxlanıldığı məlum deyil.
Azərbaycanlı bəhailər Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşini isə noyabrın 18-də yaşadıqları mənzillərində saxlanılaraq, naməlum istiqamətə aparılıblar.
Saxlanılan şəxslərin evlərində yoxlama zamanı onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülüb. Həbs edilən şəxslər haqda irəli sürülən ittihamlar açıqlanmır.
Qeyd edək ki, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran Konstitusiyası bəhailiyi müstəqil bir din kimi tanımır.