Ermənistan hakim Respublikaçı Partiyasının seçki qərargahına başçılıq edən keçmiş müdafiə naziri Vigen Sərkisyan Feysbuk-da özünə böyük bir saxta profil ordusu qurub.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Ermənistanda fəaliyyət göstərən “İnformativ Vətəndaşlar” Birliyi adlı QHT-nin sədri Rafael Afrikyan məlumat yayıb.
O, dekabrda keçiriləcək parlament seçkilərinə hazırlaşan sabiq nazirin öz Feysbuk hesabını gücləndirdiyini bildirib.
V.Sərkisyanın sosial şəbəkədə analitik yazıları, fotoşəkilləri, reklam və müsahibələrinin yayımlanmasına böyük pullar xərclədiyini deyən Afrikyan, onun Feysbuk-da son günlərdə qazandığı populyarlığının saxta olduğunu iddia edib:
“Vigen Sərkisyanın paylaşımlarını minlərlə insan bəyənir. Buna görə də, bu “sevgi”nin haradan qaynaqlandığını aydınlaşdırmağa çalışdıq”.
QHT rəhbəri sabiq müdafiə nazirinin saxta hesablarını ifşa edən video-rolik hazırlayıb.
Həmin videogörüntünü təqdim edirik: