Rusiya prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbul Konqres Mərkəzində "Türk axını" qaz kəmərinin Dəniz hissəsinin tamamlanma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdən sonra Ərdoğan Putinə kitab hədiyyə edib.
Yazar Alev Alatlının "Dünya növbəti Qoqolun izində" adlı kitabının rusca tərcümə olunmuş variantı Putinə hədiyyə olunub.
Qeyd edək ki, “Türk axını”nın dəniz sahəsi Qara dənizin Türkiyə hissəsindən keçir və uzunluğu 930 kilometrdir.
Bundan sonra boru kəmərinin quru sahəsi çəkiləcək. Bu sahənin uzunluğu 180 kilometr təşkil edəcək.