İsveçdə ədəbiyyat üzrə yeni Nobel komitəsinin yaradıldığı elan edilib.
Teleqraf.com xəbər verir ki, bu qərar Nobel Fondu və İsveç Akademiyası tərəfindən qəbul olunub.
Bundan sonra yeni formatda fəaliyyət göstərəcək Nobel komitəsinə akademiyanın beş üzvü daxil olacaq. Yeni üzvlərlə yanaşı, ədəbiyyat üzrə rəsmi üzv olmayan ekspertlər də bu komitəyə daxil olacaqlar.
Komitənin yeni heyəti 2019-cu ildən fəaliyyətə başlayacaq.