21 Noyabr 2018 11:06
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Şeremetyevo aeroportunda Moskva-Afina reysi ilə uçmağa hazırlaşan sərnişin təyyarəsi bir nəfəri öldürüb.

Məlumata görə, dispetçerə təyyarənin yad bir cisimlə toqquşduğu haqda məlumat daxil olub.

Uçuş-eniş zolağına baxış keçirilən zaman məlum olub ki, təyyarə bir nəfəri öldürüb. Onun qalıqları zolaqdan yığışdırılıb.

Yerdən tapılan minik talonu 1993-cü il doğumlu Ermənistan vətəndaşı Albert Yepremyanın adına yazılıb. Ölənə 2 saat qalmış o, Madriddən deportasiya edilərək Moskvaya gəlibmiş.

Cəsədin üzərində onun noyabrın 19-da Ermənistana qayıdacağı haqda vəsiqə və hərbi bilet olub.

Sonradan müəyyən edilib ki, kişini təyyarədən polislər endiriblər. O, Madriddən gələn zaman göyərtədə dava salıb və onun haqda polisə şikayət daxil olub.

Polis əməkdaşları D terminalının tranzit zonasında onunla baş verən insidentə aydınlıq gətirmək istəyiblər. Bundan sonra onu təyyarəyə mindirmək üçün çıxışa aparıblar. Albert Moskvadan Yerevana uçacaqmış.

Müşahidə kamerasından alınan görüntüyə görə o, saat 20.03-də avtobusa minməyib və uçuş zolağına doğru qaçıb. Bu zaman isə təyyarə onu öldürüb. /aznews.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər