22 Noyabr 2018 07:17
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur şirkət IKEA Group qarşıdakı illərdə 7 min 500 işçisini ixtisar edəcək.

Teleqraf.com xəbər verir ki, buna səbəb şirkətin onlayn biznes proqramını təkmilləşdirməsidir.

Proqram tam hazırlanandan sonra bir sıra şöbələrdəki işçilərlə müqavilələr dayandırılacaq.

Qeyd edək ki, şirkətin qurucusu İnqvar Kampraddır. 5 yaşından iş həyatına addım atan İnqvar ilk iş olaraq qonşularına kibrit satmaqla başlayıb. Bundan sonra isə o, kibrit satışı işini daha da böyüdüb və onu daha uzaqda yaşayan insanlara satmağa başlayıb. Daha sonra kibritləri ucuz topdan satışdan alan Kamprad kibritləri tək-tək satmaqla öz biznesini daha da irəlilədib. Sonralar isə o, öz ticarətinə çiçək toxumu və qələm satışı da əlavə etməyə başlayıb. Artıq 17 yaşında olarkən atası əldə etdiyi uğurlara görə mükafat olaraq ona bir miqdar pul verib və o, yenə bu sərmayəni dəyərləndirərək işini daha da böyüdüb və əfsanə şirkət olan IKEA-ya çevirməyi bacarıb.


Müəllif: Teleqraf.com