Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun və krallıq hakimiyyətinin jurnalist Camal Kaşıkçının qətli ilə əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cubeyr deyib.
“Biz açıq-aydın bildirdik ki, Səudiyyə Ərəbistanı hakimiyyətinin buna aidiyyatı yoxdur. Vəliəhd şahzadənin isə heç aidiyyatı yoxdur. Bu, nəzarətdən çıxmış əməliyyat idi. İnsanlar səlahiyyətlərini aşdılar. Bu cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl The Washington Post qəzeti Kaşıkçının qətlinə dair göstərişin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi tərəfindən verildiyini iddia edib. ABŞ prezidenti Donald Tramp şahzadənin məlum cinayətdə əlinin olmasını istisna etməyib.