Danimarka Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq etmək haqda qərar verib.
Teleqraf.com xəbər verir ki, rəsmi Kopenhagen jurnalist Camal Qaşıqçı cinayəti və Yəməndəki fəaliyyəti səbəbindən Səudiyəyə sanksiyalar tətbiq edib.
Bu qərara görə, Danimarka Səudiyyə Ərəbistanına silah və hərbi ləvazimatlar ixracatını dayandırıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya da analoji qərar qəbul edib.