Türkiyənin məşhur qəssabı Nüsrət Gökçənin Dubaydakı restoranının növbəti qonağı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov olub.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Kadırovun masasına yaxınlaşan Nüsrət əti doğradıqdan sonra özünəməxsus “Saltbae” performansı ilə duzlayıb və Çeçenistan liderinə yedirib.
Ramzan Kadırovun Nurs-Ət restoranından canlı yayımı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.