24 Noyabr 2018 08:42
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pink Ermənistan” ((PINK Armenia”) adlı LGBT təşkilatı Ermənistan baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyana müraciət edib.

Teleqraf.com xəbər verir ki, icma üzvləri Ermənistan hakimiyyətini homoseksuallara təzyiq göstərməkdə ittiham ediblər.

Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl cinsi azlıqlar üzərində təzyiqlərin artdığı iddiası vurğulanan bəyanatda hakim siyasi dairələrdən basqıların dayandırlması tələb olunur:

“Siyasi dividend əldə etmək üçün LGBT icmasının üzvlərinə qarşı spekuliyasiyaya yol verməyin. Məlumdur ki, dekabrın 9-da növbədənkarən parlament seçkiləri keçiriləcək. Ermənistanın hakim siyasi dairələrinin seçkilərdən əvvəl siyasi dividend qazanmaq məqsədilə LGBT üzvlərinə təzyiqlərə başlamasından təəssüflənirik”.

Bəyanatda həmçinin qeyd edilir: “Biz “Pink Ermənistan” Təşkilatının üzvləri olaraq bildiririk ki, LGBT-nin adının hansısa siyasi planda hallandırılması və günahı bizdə axtarmaq lazım deyil. Təəssüf ki, bunu dəfələrlə dilə gətirsək də, təzyiqlərin və ittihamların qarşısını almaq mümkün olmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər