24 Noyabr 2018 11:48
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan paytaxt İrəvanda yürüş-mitinq keçirir.

Teleqraf.com xəbər verir ki, şəhərin Nor Nork rayonundan başlayan yürüş bütün paytaxtı əhatə edəcək.

Paşinyanı yürüşdə Araik Harutyunyan və deputat Alen Simonyan müşayiət edir.

Jurnalistlər qarşısına çıxan erməni baş nazir yürüşün məqsədini açıqlayıb:

“Yürüş qeyri-adi olacaq, bu, inqilab dövrünü xatırladacaq. Yürüşə Nor Nork rayonundan başlamışıq və İrəvanın çoxsaylı küçələrini gəzəcəyik.

Beləliklə, Ermənistan vətəndaşının qələbəsini bir daha qeyd edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər