25 Avqust 2014 17:58
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni “Hürriyət” qəzetinin yeni baş redaktoru məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Enis Bərbəroğlunun istefa verdiyi vəzifənin yeni sahibi qəzetin köşə yazarlarından olan Sedat Ergin olub.

Qeyd edək ki, S.Erginin ilk iş yeri qəzetin Vaşinqton təmsilçiliyi olub. Daha sonra “Hürriyət”in Ankara təmsilçisi olan Ergin 2005-ci ilədək bu vəzifəni daşıyıb. Həmin il “Milliyət” qəzetinin baş redaktorluğuna gətirilən S.Ergin 2009-cu ilin sentyabrınadək həmin postda çalışıb. “Milliyət”dən ayrıldıqdan sonra təkrar “Hürriyət”ə geri dönən məşhur jurnalist bu qəzetdə köşə yazıları ilə çıxış edirdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər