Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, müdafiə nazirləri telefon danışı zamanı regional təhlükəsizliyi və təhlükəsizliyin qorunması üçün texniki və taktiki tədbirləri müzakirə ediblər.
Bundan əlavə, tərəflər Suriyanın İdlib və Tall-Rifat şəhərlərində sabitliyin təmin edilməsi üçün birlikdə işlərin davam etdirilməsi üzrə razılaşıblar.