25 Avqust 2014 18:44
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2011-ci ildə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə heç bir əhəmiyyətli irəliləyişə nail olunmayıb".

Teleqraf.com-un anspress-ə istinadən məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.

Onun sözlərinə görə, prezidentlərin Kazan görüşündən sonra münaqişənin nizamlanması ilə bağlı sənədə heç bir əlavə və dəyişiklik edilmədi.

Sarkisyan bildirib ki, Ermənistanın münaqişə ilə bağlı mövqeyini bəyan edib: “Azərbaycan Dağlıq Qarabağda yaşayan əhalinin öz taleyini həll etməsi ilə bağlı hüququnu tanımalıdır”.

Aydın görünür ki, Sarkisyan bu çxışını daxili auditoriyaya hesablayıb. Çünki Azərbaycan iqtidarı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan əhaliyə ən yüksək statuslu muxtariyyət verməyə hazırdır.


Müəllif:

Oxşar xəbərlər