28 Noyabr 2018 10:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana qarşı sanksiya siyahısına daxil edilmiş Hindistan bu ölkədən neft idxalını 36 faiz artırıb.

Teleqraf.com xəbər verir ki, sentyabrda 1.89 milyon ton xam neft idxal edən Hindistan noyabrda bu rəqəmi 2.57 milyon tona qaldıraraq, İrandan 1.42 milyard dollar həcmdə neft alıb.

ABŞ-ın OPEC-dəki əsas müttəfiqi Səudiyyə Ərəbistanından isə oktyabrda 3.05 milyon ton xam neft alan Hindistan idxalatı əvvəlki ayla müqayisədə 13% azaldıb.

ABŞ Prezidenti Donald Tramp Türkiyə, Cənubi Koreya, İtaliya, Yunanıstan, Çin, Tayvan, Hindistan və Yaponiyaya müraciət edərək, İrandan neft idxalını dayandırmağa çağırıb.

Rəsmi Vaşinqton çağırışa məhəl qoymayan ölkələrə sanksiya tətbiq ediləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər