28 Noyabr 2018 16:26
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı ilk açıqlmasında vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb: "Hətta Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər