30 Noyabr 2018 19:59
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyə qədər dünya Ermənistanda necə inqilab olduğunu anlamadı. Şimalda Qərbdən şübhələnirlər, Qərbdə Şərqdən şübhələnirlər, Cənubda - Şimaldan.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Eqvard şəhərinin sakinləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistanda baş verənlər hamı üçün anlaşılmazdır:

“Bu gün yazırlar ki, bu, Soros tərəfindən hazırlanmış növbəti inqilab idi. Sorosun bizim etdiklərimizi bacarması üçün hələ pendirlə çoxlu çörək yeməlidir. Biz hansısa bir yad gücün Ermənistanda məsələləri həll etməsinə icazə verməmişik və icazə verməyəcəyik”, -deyə Paşinyan söyləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər