2 Dekabr 2018 08:53
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Qarapapaq-Tərəkəmə Türkləri Mədəniyyət və Sənət Dərnəyi tərəfindən Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbir Üsküdar bələdiyyəsinin dəstəyi ilə "Validə Sultan" gəmisində baş tutub.

“Aşıqlar gecəsi” adlı tədbirdə Qarapapaq-Tərəkəmə Türkləri Mədəniyyət və Sənət Dərnəyinin sədri Engin Aybirdi, dərnəyin idarə heyətinin üzvləri Mustafa Yıldız, Camal Kaçar, Azər Azərnas, Üsküdar bələdiyyə sədrinin müavini Zəkəriyyə Şanlıər, İstanbul Ticarət Odası başqanı Öztürk Oran, Azərbaycan Kültür Evi başqanı Hikmət Elp və digər qonaqlar, eləcə də İstanbulda yaşayan azərbaycanlılar iştirak ediblər.

Gecədə Aşıq Mürsəl Sinan, Aşıq Bayram Dənizoğlu və Aşıq Aidə Gülzar oxuduqları mahnıları Cümhuriyyətin 100-cü ildönümünə ithaf ediblər.

Dəniz gəzintisi Aşıq Aidə Gülzarın “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməsi ilə başa çatıb.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər