Şənbə günü Fransadakı etiraz aksiyalarında polisin qaz bombasına tuş gələn yaşlı qadın xəstəxanada vəfat edib.
Teleqraf.com xəbər verir ki, həmin qadın etirazlara qatılmayıb.
O, evinin pəncərəsinin jalüzünü bağlayarkən xəsarət alıb.
Statistikaya görə, aksiyalarda 100-dən çox adam yaralanıb, onun 23-ü polisdir.
İndiyə qədər 3 nəfərin öldüyü bildirilir.