6 Dekabr 2018 16:34
2 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biznesmen Kirill Şamalovun Rusiya Prezidenti Vladimir Putinin qızı, 5 illik həyat yoldaşı Katerina Tixonovadan boşanaraq Janna Volkova adlı zəngin qadınla ailə qurduğu məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, anasının qızlıq soyadını daşıyan Katerinanın aldadıldığı bildirilir.

Kirill Şamalovun yenidən evləndiyi xəbəri Londonda yaşayan Janna Volkovanın yeni şəxsiyyət vəsiqəsində soyadını dəyişdirərkən təsdiqlənib. İş adamı Kirill Şamalov isə boşandığına dair suallara cavab verməkdən imtina edib.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısında yer alan biznesmenin adının Putinin qızından boşandıqdan sonra siyahıdan çıxarılacağı qeyd olunur.

Katerina Tixonova isə indiyədək mediadan uzaq sakit həyat sürüb. Ümumilikdə Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmiladan olan qızları Katerina və Mariyanın yaşayış tərzi barədə məlumatlar yox dərəcəsindədir.

33 yaşlı Mariyanın holland iş adamı ilə evli olduğu deyilir.

Qeyd edək ki, Vladimir Putin bir neçə il əvvəl qızları barədə suala cavabda onların diqqətin öz üzərinə cəlb edilməsindən xoşları gəlmədiyini söyləmişdi: “Onlar heç vaxt ulduz uşağı olmayıblar. Rusiyada yaşayırlar və burada təhsil alıblar. Onlarla fəxr edirəm”.


Müəllif: Nərgiz