7 Dekabr 2018 18:50
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsi hələlik həll edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT baş katibinin təyin edilməsi mexanizmi ilə əlaqədar bir razılaşmanın əldə edildiyini və bu posta Belarus nümayəndəsinin təyin ediləcəyini açıqlamışdı.

Lukaşenkonun fikirlərinə münasibət bildirən Peskov qeyd edib ki, bu məsələ onunla müzakirə edilsə də, yekun anlaşma əldə edilməyib:

“Bu məsələ Aleksandr Lukaşenko tərəfindən proaktiv şəkildə müzakirə olundu, bu, normal bir təcrübədir, hər hansı dövlət başçısı zəruri hesab etdiyi məsələlərə toxuna bilər”.

Rəsmi İrəvan isə KTMT-yə üzv dövlətlərdən boş qalmış posta Ermənistan nümayəndəsinin təyin edilməsini tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər