Rusiya Prezidenti Vladimir Putin Suriyadakı terror təşkilatlarının hamısının məğlub edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Andrey Koşkin deyib.
Ekspert hesab edir ki, radikal qruplaşmaların sıradan çıxarılmasında Suriyadakı Rusiya hərbi qüvvələrinin müstəsna rolu olub:
“Beləliklə, Moskva Suriyada strateji hədəflərindən birinə çatdı. Artıq terrorçuların Qafqaza yolu bağlanılıb. Bu, Rusiya ilə yanaşı, bölgə dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi deməkdir”.