8 Dekabr 2018 18:40
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı yazıçı, milli-mədəni fəal Əkbər Azad Qərbi Azərbaycan vilayətinin kürd valisi Məhəmməd Mehdi Şəhriyarinin XX əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Cilovluq qətliamını inkar edən çıxışına cavab verib.

Teleqraf.com xəbər verir ki, yazıçı bu təhqirin yolverilməz olduğunu bildirib.

O deyib ki, Azərbaycan türkləri digər millətlərə hörmətlə yanaşdığı halda, onlardan bu hörməti görmür:

“Qərbi Azərbaycanın yerli olmayan valisi tələbələr qarşısında irqçi çıxış edib. O iddia edib ki, I Dünya Müharibəsi ərəfəsində assurilər Marşimunun rəhbərliyi ilə qətliam törətməyib. Bu iddia tamamilə yanlışdır və irqçi fikirdir. Bu göstərir ki, vali Marşimun, Andranik, İsmayıl Simitqo və onların tərəfdarlarının törətdiyi cinayətlərdən razı qalıb”.

Əkbər Azad vali Məhəmməd Mehdi Şəhriyarini kürd İsmayıl Simitqonun rəhbərliyi ilə baş vermiş cinayəti ört-basdır etməkdə ittiham edib: “Onun Simitqo ilə hansısa bağlılığı ola bilər? Bu qətliama dair onlarla tarixi əsər, faktlar var”.

Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari XX əsrin əvvəllərində Güney Azərbaycanda azərbaycanlılara qarşı törədilən Cilovluq qətlimanını inkar edərək, bunu “mənasız hadisə” adlandırıb.

Kürd valinin qərəzli çıxışı güney azərbaycanlılar tərəfindən etirazla qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər