8 Dekabr 2018 18:25
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vegeterianlar taxıl beyindir” açıqlaması etirazla qarşılanan məşhur türk həkim, professor Canan Karatayın barəsində araşdırma başlayıb.

Teleqraf.com xəbər verir ki, o, xalqı kin və düşmənçiliyə təhrikdə və təhqir etməkdə ittiham olunur.

Öz fikrini müdafiə edən Karatay bir telekanalda yenidən müzakirələrə səbəb olan fikirlər səsləndirib.

Məlum açıqlamasını yenidən təkrarlayan həkim bunu ifadə azadlığı ilə əlaqələndirib və qeyd edib ki, həmin fikirləri insanları ayıltmaq üçün səsləndirib: “Hippokrat deyirdi ki, nə yesəniz osunuz. Taxıl yesəniz, taxıl, bitki yesəniz bitki beyinli olacaqsınız.

Vegeterianların özlərinə də dedim ki, siz ot yeyirsiniz, ot da canlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu