9 Dekabr 2018 18:34
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com-un xəbərinə görə, inqilab və Paşinyan hökumətinin fəaliyyətinə münasibəti barədə suala cavabında Petrosyan deyib: "Bu, təbliğat kimi qiymətləndiriləcək. Siz qanunu pozursunuz".

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı narahatlıq hiss edib-etmədiyinə dair suala isə sabiq prezident "Məgər erməni xalqı arasında elə adam var ki, narahatlıq hiss etməsin" deyə cavab verib.

O, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsi barədə sualdan da yayınıb: "Bunlar hamısı təbliğatdır, bu barədə danışmaq olmaz".


Müəllif: Nahid

Oxşar xəbərlər