“İranı Suriyadan çıxarmağa çalışırıq”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.
O, qarşıya qoyulan missiyanın böyük ölçüdə yerinə yetirildiyinə diqqət çəkib və bu məsələni Rusiya prezidenti ilə müzakirə etdiyini bildirib:
“Rusiya dövlət başçısı Vladimir Putinlə İran haqda danışdım. Ona Livanın “ağıllı raketlər”ini və Hizbullahın tunellərini sıradan çıxarmağa çalışdığımızı dedim.
Hizbullah və İrana qarşı sanksiyalar tətbiq etməyi bacardıq. İndi də Fələstini su üzünə çıxarmağı düşünürük”.