Meksikadan olan miqrantlar ABŞ-ın bu ölkədəki konsulluğuna gələrək prezident Donald Trampa ünvanladıqları məktubu təqdim ediblər.
Teleqraf.com xəbər verir ki, miqrantlar Trampdan ya ABŞ-a girişlərinə icazə verməsini, ya da onların hər birinə 50 min dollar ödəməyi tələb edib.
Onlar bildiriblər ki, bu vəsait vətənlərində yeni həyata başlamaq üçün lazımdır.