13 Dekabr 2018 17:27
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polisin KİV-ə qarşı davranışı hiddət doğurur”.

Teleqraf.com “news.am”a istinadla xəbər verir ki, bu sözləri “Hüquqi özbaşınalığa qarşı” təşkilatının rəhbəri Larisa Alaverdyan keçirdiyi mətbuat konfransında deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, son zamanlar bir neçə mətbuat orqanı polisin anlaşılmaz və əsassız hərəkətinə tuş gəlib:

“Polisin izahatları daha pis səslənir. Onlar deyirlər ki, strukturun rəhbərliyi söz, fikir və məsuliyyət azadlığı haqqında elementar təsəvvürlərə malik deyil”.

Larisa Alaverdyan qeyd edib ki, söz azadlığı Ermənistanın ən əhəmiyyətli nailiyyətidir və onun geriləməsi yolverilməzdir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər