Xəbər verildiyi kimi bu gün Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq.
Teleqraf.com xəbər verir ki, dinc aksiya keçirməyi planlaşdıran Gürcüstan müxalifətinin nümayəndələri isə səhər saatlarından etibarən minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. 500-ə yaxın maşın karvanı “Salome yox” şüarı ilə yola çıxıb. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbini rədd edib. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.
Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.
Aksiya iştirakçıları arasında müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze də olub.