Ağ Evdə Milad günü ilə əlaqədar mərasim keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melanya Tramp iştirak edib.
Ölkənin birinci xanımı uzun və ağ libası, ecazkar bədəni ilə gecəyə öz damğasını vurub.
ABŞ mediası Melanyanı “gecənin kraliçası” adlandırıb.
Qısa nitqlə çıxış edən 48 yaşlı keçmiş model Yeni il bayramı münasibəti ilə hər kəsi təbrik edib. Lakin Melanya gecədə cəmi yarım saat iştirak edib. O, diqqət çəkmədən aradan çıxmağı bacarsa da, yarım saatdan sonra “kraliça”nın yoxluğu gözdən qaçmayıb.
Qeyd edək ki, Melanya Tramp bir müddət əvvəl qış tətili üçün hazırlıqlara başladığını açıqlamışdı.